Avro 2012-də hansı komandalar qrupda qala bilər?
Başlayaq A qrupundan. Çexlərin,bu oyunla qrup mərhələsini adlaması,sadəcə möcüzə olardı. Əlbəttə,yalnız bir oyun geridə qalıb və bu haqda danışmaq, hələ tezdir. Ancaq göstərdikləri oyun,heç bir ümid yeri qoymur.
Qrup lideri kimi Rusiyanı,ikinci pillədə isə,Polşanı görürəm.
Meydan sahibi qrup mərhələsini adlamaq gücündədir. Yunanlara gəldikdə isə,onlar bu çempionata tam olaraq hazır deyillər.
Yalnız bir hissə ərzində fəal oyun,qrup mərhələsini keçmək üçün kifayət deyil.
A qrupu üçün təxminimiz:
Rusiya
Polşa
Yunanıstan
Çexiya
B qrupunda ölüm - dirim savaşı,ikinci turdan hiss olunacaq. Bir çoxları, almanların artıq qrup mərhələsini lider kimi tamamladığını düşünürlər. Hollandlar üçün də da qrup ikincisi olacaq proqnozları səslənir.
Mənim təxminlərim belədir. Hollandiya qrupda qalacaq. Almaniya qrup ikincisi olacaq. Portuqaliya komandası zəif nəzərə çarpsa da,həm Hollandiyanı,həm də Danimarkanı məğlub edəcəklərini düşünürəm. Almanları isə,çox güman ki, Hollandiya büdrədəcək. Lakin Danimarka məğlubiyyəti,onları qrupdan çıxmağa qoymayacaq. Mən hətta almanların da qrupda qalma ehtimalını istisna etmirəm.
Portuqaliya
Almaniya
Danimarka
Hollandiya
C qrupunda vəziyyət bir qədər açıqdır. İspaniyanın hücumda və müdafiədəki boşluğu,bu komandaya başağrı verəcək. İtalyanların balanslaşdırılmış oyunu,onları qrup liderliyinə daşıya bilər. Xorvatiya yoxsa İspaniya? Bu elə də asan deyil. Bir qədər qəribə görünsə də,mən Xorvatların qrup mərhələsini adlayacaqlarını düşünürəm. Bu komandadan daha çox sürprizlər gözləyirəm. Heyət və oyun üslubu da buna imkan verir. Qrup mərhələsində qalacaq qurbanın İtaliya olması da istisna edilmir. Bu haqda ikinci turdan sonra,daha aydın danışmaq olar. Ancaq hal-hazırki mənzərədən gördüyüm sıralanma budur.
İtaliya
Xorvatiya
İspaniya
İrlandiya
D qrupu. İlk oyunlardan sonra,fikirlər əməlli-başlı qarışıb. Birbaşa onu deyim ki, Fransızları qrup lideri kimi görsəm də,ilk oyunlarda sərgilədikləri performans,ümidlərimi boşa çıxardı. Buna baxmayaraq,qrupdan çıxacaqlarını ehtimal edirəm. Bəs qurban kim olacaq? Ukrayna yoxsa İngiltərə?
Bunu söyləmək ağır olsa da,ingilislər üçün ümidverici nəsə görmürəm. Runinin son turda qayıdacağını nəzərə alıb ümidlənmək olar,amma problem təkcə hücum xətti ilə bitmir axı. Ukraynanın qrup mərhələsini adlamağa isə,tam haqqı çatır.
Fransa
Ukrayna
İngiltərə
İsveç

Hiç yorum yok:
Yorum Gönder