10 Haziran 2012 Pazar

İrlandiya - Xorvatiya (Avro 2012) - matç təxminləri və canlı yayım

İrlandiya - Xorvatiya. Autsayder sayılsalar da,hər ikisi sürpriz etmək gücündədir. Bu onların ən asan oyunu olacaq,qarşıda onları,İtaliya və İspaniya kimi futbol nəhəngləri gözləyir. Oyun üçün təxminim Q-Q variantıdır. Çünki bu oyunda xal almaları mütləqdir.
Xorvatların şansı daha yüksəkdir. Mən nəinki bu matçda,hətta bütün çempionat ərzində xorvatların gözəl nəticə qazanacaqlarına inanıram. Tam güclərini ortaya qoya bilsələr,qrup mərhələsini də keçə bilərlər. Başqa sözlə təxminim 2 :) Riski sevirsinizsə BH 2 :)

İspaniya - İtaliya (Avro 2012) - matç təxminləri və canlı yayım

İspaniya - İtaliya. Avro 2012-in ən maraqla gözlənilən qarşılaşmalarından biri. Favorit İspanlardır. Məlum məsələdir,son 4 il ərzində gözəl heyət formalaşdıran komanda,bir qədər geriyə addım atmış italyanlar qarşısında, daha üstün görünür.
Amma ispanların müdafiədəki itkisini də unutmamalıyıq. Həmçinin, hücum xətti də axsaqdır. Belə olan halda,italyanların da qol vurma şansı artmış olur. Başqa sözlə Q-Q variantı, ideal seçim ola bilər.