22 Nisan 2012 Pazar

22.04.12 tarixi üçün 1 və ehtiyyat təxminli oyunlar

Bu gün,22.04.12 tarixində meydan sahiblərinin qələbəsini (1) hansı matçlarda gözləmək olar?!

****
Son vaxtlar əla formada olan Yuventusun, qeyri standart oyunu ilə diqqət çəkən Roma ilə oyunda da, qalib gələcəyini gözləmək olar

Yuventus - Roma 1 , ehtiyyat variantlar (Q/Q, ÜST)

Son vaxtlar zəif oyunlar sərgiləyən Lion , bunun əvəzini evdə, Loryen ilə matçda çıxa bilər. Əmsal da pis deyil.

Lion - Loryen 1 , ehtiyyat variantlar (BH 1 , ALT və 1X)

Valensiya - Real Betis matçından da sensassiya gözlənilmir. Valensiya itirəcəyi xalın müqabilində 3-cü pillədəki yerini də tərk edə bilər. Real Betisin qol vurma bacarığını da nəzərə alsaq ideal seçim olaraq ÜST və Q/Q variantlarını dəyərləndirə bilərik.

Valensiya - Real Betis 1 , ehtiyyat variantlar (ÜST, Q/Q)

Qalatasaray çempion ola bilər. Amma bunu Fənərbaxça ilə oyunda qalib gəlməklə edəcəksə, bu ikiqat çempionluq olacaq. Fənərbaxça üçün isə, bu matçdakı məğlubiyyət , qatarı sola salmaqla eynidir. İstənilən halda cim-bom qələbə imkanını əldən verməyəcək kimi görünür.

Qalatasaray - Fənərbaxça 1, ehtiyyat variantlar (ÜST,Q/Q) 

Atletiko Madridin Espanyolla mövqe fərqi sizi aldatmasın. Bu mövqelərdə olan komandaların hər biri digərindən 1,2 xal qabaqdadır. Atletiko Madridin bu matçdakı qələbəsi, onu irəli addımlamağa daha da kökləyəcək.

Atletiko Madrid - Espanyol 1 , ehtiyyat variantlar (X, Q/Q)

Brügge - Anderlext matçı Brügge üçün əsl fürsətdir. Rəqibi taxtdan salmaq üçün, mütləq onu ,öz meydanında məğlub etməli olan Brüggenin bunu edəcəyini gözləmək olar. Əmsallar bir-birinə yaxın olsa da, meydan sahiinin şanslarını daha yüksək qiymətləndirirəm.

Brügge - Anderlext 1 , ehtiyyat variantlar (X, Q/Q)

Ötən ay ərzində çox zəif təsir bağışlayan Liverpulun bu ay ərzindəki gösyəriciləri, onu da 1-lik kuponumuza daxil etmək üçün əsas verir.  Qalib gələcəyi halda belə ciddi bir irəliləyiş qazanmayacağını nəzərə alsaq, bunu bir qədər riskli seçim hesab edə bilərik. Gücünü kubok matçına saxlayan komandanın bu oyunda nə edəcəyini əvvəlcədən söyləmək, çətin olardı.

Liverpul - Vest Bromviç 1 , ehtiyyat variantlar (1X, 2X)


PSJ - Soşo matçına olan gözləntilər də 1 deyir. Amma Soşo üçün verilən 9,10 əmsaldan birdən kimsə istifadə etmək qərarına gəlsə,ona sadəcə alqış düşür. İstənilən halda risk, hər zaman qazandırır.1lik əmsal sizi qane etmirsə, Q/Q yaza bilərsiniz. Soşo qol vura biləcək komandadır.

PSJ - Soşo 1 , ehtiyyat variantlar (Q/Q)

Ayaks - Qroningen matçından 1 gözləmək əladır, ama əmsal heç də qane etmir. Deməli, ÜST və yaxud da 4,6 qol variantı üzərində baş sındırmaq lazım gələcək. Ayaks son zamanlar sərgilədiyi performansı davam etdirərsə, mütləq böyük hesabla qalib gələcək.

Ayaks - Qroningen 1 (ÜST,4-6 QOL)

Milan - Balonya matçında itirəcəyi xalla Yuventusa verəcəyi üstünlükdən xəbərdardır. Əmsal çox aşağı olduğu üçün matçdan imtina etmək istəyirsinizsə, Q/Q ya da ÜST variantını yoxlaya bilərsiniz. Milan qol buraxacaq bir müdafiəyə sahib olsa da, əvəzində daha artığını qaytaracaq hücum və yarımmüdafiə xətti var.

Milan - Balonya 1, ehtiyyat variantlar (Q/Q, ÜST)


Yuventus və Milandan geri qalan və qatara gecikən Latsio , 3-cü yeri qorumaq məcburiyyətindədir. Komandanın qalib gələcəyini gözləmək olar. Əmsal da yaxşı görünür. Alt variantı da istisna deyil

Latsio - Leççe 1, ehtiyyat variantlar (ALT, BH1)


Az Alkmaar üçün qalibiyyət mütləqdir, amma onların bu işin öhdəsindən, elə ilk hissədə gələcəklərini düşünürəm. 1 üçün təklif olunan əmsal ,  cəlbedici deyil.

Az Alkmaar - Venlo 1, ehtiyyat variantlar (ÜST, BH1)

Xəzər Lənkəran - Neftçi 22.04.12 (Təxmin və Canlı İzlə)

Azərbaycan çempionatının ən çox maraq doğuran matçı məhz bu oyundur desək, yanılmarıq. Məlum hadisələrdən sonra, çempionluq uğrunda yarışmadan kənar qalan Xəzərin öhdəsinə düşən əsas məsələ, Neftçini məğlub etməkdir. Neftçi isə Lənkərana, çempionluğunu rəsmiləşdirmək üçün gəlir. Oyunu öncədən analiz etmək çətin görünsə də, müəyyən fikirlər səsləndirmək olar. Lənkəranda ağır psixoloji durum hökm sürür. Bu həm azərkeşlərə, həm də ümumi auraya təsirsiz ötüşməyib. Qalibiyyət rəhbərliyin və futbolçuların,ümumiyyətlə komandanın son silahıdır demək olar. Yunis Hüseynovun rəhbərliyi altında çıxış edəcək komandadan açıq futbol gözləmək olar. Belə olan halda oyunda Q/Q variantı qaçılmaz kimi görünə bilər. Neftçinin də oyuna yalnız qələbə və heç-heçə üçün çıxacağını nəzərə alsaq, ÜST variantını da uğurlu seçim adlandıra bilərik. X variantı hər iki komandanı qismən qane edir. Riski gözə alırsınızsa yaza bilərsiniz. Xəzərin və Neftçinin qələbəsi isə, əmsal baxımından o qədər də fərq etmir.
Ümumi çıxarış olaraq deyə bilərik ki, oyunda gərginliyin çox olması intriqanı artıra və meydanda sərt,hətta kobud mübarizəyə səbəb ola bilər. Bu baxımdan qırmızı və bol sarılı oyun bizi gözləyir, desək yanılmarıq.
Oyun Xəzər Lənkəranın rəsmi saytı vasitəsi ilə canlı yayımlanacaq. Sizə playeri təqdim edir və hər iki klubun azərkeşlərinə bol şans diləyirik.
Onu da qeyd edək ki, oyuna hələ saatlar qalsa da,artıq texniki məsələlərin həlli üçün işlər görülür. Canlı yayım məşqləri davam edir. Stadionda azərkeşlərin səsləri, artıq indidən eşidilməkdədir.