21 Nisan 2012 Cumartesi

İngiltərə Premyer Liqası 21.04.12 (Kupon)

İngiltərə Premyer Liqasında 21.04.12 tarixində keçiriləcək matçları üçün 80 % etibarlı kupon.


Bolton – Suons Siti 1X  1.24
Fulhem – Uiqan 1.70
Nyukasl – Stok Siti 1  1.55
Aston Villa – Sanderlend Q/Q 1.75

Barselona - Real Madrid 21.04.12 (Təxminlər və Canlı Yayım)

Dünyanın gözü yenə İspaniyada. Futbolla illərlə və yaxud da dünəndən etibarən maraqlanmasından asılı olmayaraq, hər kəs bu oyun haqda nəsə deyir. Sizə bir qədər riskli görünəcək, amma daha çox qazandıra biləcək variantları təklif edirəm. Barcelona, artıq çempionluqdan əlini üzdüyünü dəfələrlə biruzə verib. Buna baxmayaraq Real Madridlə oyun, istənilən halda çox prinsipialdır. Komandanın öz meydanında madridlilərə boyun əyməyə, mənəvi haqqı yoxdur. Ancaq eyni zamanda Barselona, Çelsi ilə oynayacağı ÇL matçını düşünməlidir. Komanda uduzsa belə, ÇL finalında bu məğlubiyyətin əvəzini çıxmaq imkanı ola bilər.(Barcelona Çelsini, Real Bavariyanı məğlub edərsə) Bu baxımdan Barselonanın bu oyunda tam gücüylə oynayacağını təxmin etmirəm. Bir sözlə Barselonanın geriyə bir addım atacağını gözləmək olar. Oyun üçün ideal nəticə X  hesab oluna bilər. Oyunun dünya bukmeker kontorlarında favorit oyun olması, riski bir qədər də artırır. Bu baxımdan daha çox istifadə edilən ÜST variantı bir qədər riskli görünür. Q/Q variantı da sizi, tamamilə əmin etməsin. Oyuna olacaq diqqəti və bukmeker maraqlarını da unutmayaq. Mənə gəldikdə isə, oyunun hissələrlə bölüşdürüləcəyini düşünürəm. İlk hissədə bir komanda, ikinci hissədə isə, digər komandanın qalibiyyətini gözləyirəm. Oyundan erkən qol (ilk 10 dəq) , penalti və qırmızı vərəqə də gözləmk olar.

Oyun üçün risksiz variantlar.

1X
ÜST
Q/Q

Verder Bremen - Bavariya 21.04.12 (təxminlər və canlı yayım)

Almaniya BundesLiqasının növbəti turu. Ötən həftə Çempionlar Liqasında Real Madridi məğlub etməyi bacaran Bavariya, ölkə çempionatından əlini üzdüyünü, son turlarda ortaya qoyduğu oyunlarla bir daha göstərdi. Lider Borussiya Dortmunda məğlub olan Bavariya, daha sonra doğma meydanda Mayntsla bərabərə qaldı. Amma bütün bunlara baxmayaraq, Verder səfərindən Bavariyanın əliboş dönəcəyini düşünmək sadəlövlük olardı. Bu məntiqlə oyun üçün ideal variant olaraq 2X düşünürəm. Hətta bir qədər dərinə gedib, birbaşa 2 də yaza bilərsiniz. Komandaların son oyunlarında Verderin 4-1 və 3-1 məğlub olduğunu da nəzərə alsaq, Q/Q və ÜST variantları da  uğurlu seçim sayıla bilər. Oyunu aşağıdakı linkə daxil olmaqla,internetdən canlı izləyə bilərsiniz.

Arsenal - Çelsi 21.04.12 (təxminlər və canlı yayım linkləri)

Bu gün (21.04.12) saat 16:45-də Arsenal doğma meydanda Çelsini qəbul edəcək. Nyukasl və Tottenhemdən 2 xal geri qalan Çelsi üçün qalibiyyət çox önəmlidir. Arsenal isə 3-cü pilləni qorumaq haqda düşünür desək,yanılmarıq. Komandaların hər birinə qələbə hava,su qədər vacib olsa da,  hər ikisi məhz bu haqda düşünür deyə bilmərik. Çelsinin ötən həftə Tottenhemlə kubok oyununda, tam gücü ilə oynamağın ziyanını, Barselona ilə matçda gördüyündən,bu matçda ehtiyyatlı oynayacağını demək olar. Arsenal isə doğma meydanda qələbə qazanmaq əzmindədir.
Hər iki komandanın qolçu oyunçulara sahib olduğunu nəzərə alsaq, Q/Q variantını ideal seçim adlandıra bilərik. Hər iki komanda üçün ideal nəticə isə məhz X variantıdır. Ümumiyyətlə riskdən qaçanlar isə, 1X yazaraq qismən rahatlaşa bilərlər. Oyunu İDMAN Azərbaycan vasitəsi il,canlı izləyə bilərsiniz. Həmçinin sizə, müxtəlif dillərdə oyunun internetdə yayım linklərini təqdim edirik.