Dünyanın gözü yenə İspaniyada. Futbolla illərlə və yaxud da dünəndən etibarən maraqlanmasından asılı olmayaraq, hər kəs bu oyun haqda nəsə deyir. Sizə bir qədər riskli görünəcək, amma daha çox qazandıra biləcək variantları təklif edirəm. Barcelona, artıq çempionluqdan əlini üzdüyünü dəfələrlə biruzə verib. Buna baxmayaraq Real Madridlə oyun, istənilən halda çox prinsipialdır. Komandanın öz meydanında madridlilərə boyun əyməyə, mənəvi haqqı yoxdur. Ancaq eyni zamanda Barselona, Çelsi ilə oynayacağı ÇL matçını düşünməlidir. Komanda uduzsa belə, ÇL finalında bu məğlubiyyətin əvəzini çıxmaq imkanı ola bilər.(Barcelona Çelsini, Real Bavariyanı məğlub edərsə) Bu baxımdan Barselonanın bu oyunda tam gücüylə oynayacağını təxmin etmirəm. Bir sözlə Barselonanın geriyə bir addım atacağını gözləmək olar. Oyun üçün ideal nəticə X hesab oluna bilər. Oyunun dünya bukmeker kontorlarında favorit oyun olması, riski bir qədər də artırır. Bu baxımdan daha çox istifadə edilən ÜST variantı bir qədər riskli görünür. Q/Q variantı da sizi, tamamilə əmin etməsin. Oyuna olacaq diqqəti və bukmeker maraqlarını da unutmayaq. Mənə gəldikdə isə, oyunun hissələrlə bölüşdürüləcəyini düşünürəm. İlk hissədə bir komanda, ikinci hissədə isə, digər komandanın qalibiyyətini gözləyirəm. Oyundan erkən qol (ilk 10 dəq) , penalti və qırmızı vərəqə də gözləmk olar.
Oyun üçün risksiz variantlar.
1X
ÜST
Q/Q
Oyun üçün risksiz variantlar.
1X
ÜST
Q/Q
Hiç yorum yok:
Yorum Gönder