21 Nisan 2012 Cumartesi

Verder Bremen - Bavariya 21.04.12 (təxminlər və canlı yayım)

Almaniya BundesLiqasının növbəti turu. Ötən həftə Çempionlar Liqasında Real Madridi məğlub etməyi bacaran Bavariya, ölkə çempionatından əlini üzdüyünü, son turlarda ortaya qoyduğu oyunlarla bir daha göstərdi. Lider Borussiya Dortmunda məğlub olan Bavariya, daha sonra doğma meydanda Mayntsla bərabərə qaldı. Amma bütün bunlara baxmayaraq, Verder səfərindən Bavariyanın əliboş dönəcəyini düşünmək sadəlövlük olardı. Bu məntiqlə oyun üçün ideal variant olaraq 2X düşünürəm. Hətta bir qədər dərinə gedib, birbaşa 2 də yaza bilərsiniz. Komandaların son oyunlarında Verderin 4-1 və 3-1 məğlub olduğunu da nəzərə alsaq, Q/Q və ÜST variantları da  uğurlu seçim sayıla bilər. Oyunu aşağıdakı linkə daxil olmaqla,internetdən canlı izləyə bilərsiniz.

Hiç yorum yok:

Yorum Gönder