22 Nisan 2012 Pazar

Xəzər Lənkəran - Neftçi 22.04.12 (Təxmin və Canlı İzlə)

Azərbaycan çempionatının ən çox maraq doğuran matçı məhz bu oyundur desək, yanılmarıq. Məlum hadisələrdən sonra, çempionluq uğrunda yarışmadan kənar qalan Xəzərin öhdəsinə düşən əsas məsələ, Neftçini məğlub etməkdir. Neftçi isə Lənkərana, çempionluğunu rəsmiləşdirmək üçün gəlir. Oyunu öncədən analiz etmək çətin görünsə də, müəyyən fikirlər səsləndirmək olar. Lənkəranda ağır psixoloji durum hökm sürür. Bu həm azərkeşlərə, həm də ümumi auraya təsirsiz ötüşməyib. Qalibiyyət rəhbərliyin və futbolçuların,ümumiyyətlə komandanın son silahıdır demək olar. Yunis Hüseynovun rəhbərliyi altında çıxış edəcək komandadan açıq futbol gözləmək olar. Belə olan halda oyunda Q/Q variantı qaçılmaz kimi görünə bilər. Neftçinin də oyuna yalnız qələbə və heç-heçə üçün çıxacağını nəzərə alsaq, ÜST variantını da uğurlu seçim adlandıra bilərik. X variantı hər iki komandanı qismən qane edir. Riski gözə alırsınızsa yaza bilərsiniz. Xəzərin və Neftçinin qələbəsi isə, əmsal baxımından o qədər də fərq etmir.
Ümumi çıxarış olaraq deyə bilərik ki, oyunda gərginliyin çox olması intriqanı artıra və meydanda sərt,hətta kobud mübarizəyə səbəb ola bilər. Bu baxımdan qırmızı və bol sarılı oyun bizi gözləyir, desək yanılmarıq.
Oyun Xəzər Lənkəranın rəsmi saytı vasitəsi ilə canlı yayımlanacaq. Sizə playeri təqdim edir və hər iki klubun azərkeşlərinə bol şans diləyirik.
Onu da qeyd edək ki, oyuna hələ saatlar qalsa da,artıq texniki məsələlərin həlli üçün işlər görülür. Canlı yayım məşqləri davam edir. Stadionda azərkeşlərin səsləri, artıq indidən eşidilməkdədir.



Hiç yorum yok:

Yorum Gönder