26 Temmuz 2012 Perşembe

Lex Poznan - Xəzər Lənkəran matçını canlı izlə

Lex Poznan - Xəzər Lənkəran.
Azərbaycan klubları üçün arzuedilməz rəqib imici qazanmış Lex Poznana qarşı, tarixində ilk dəfə avroliqada mərhələ adlamış Xəzər Lənkəran.
Oyun Xəzər Lənkəran rəsmi saytı vasitəsiylə canlı yayımlanacaq.
Sizə yayım playerini təqdim edirik.

18 Haziran 2012 Pazartesi

Portuqaliya - Hollandiya 2:1 (Avro 2012) Video

Ölüm qrupunda artıq savaş sona çatdı. Gözləntilərin əksinə olaraq,Hollandiya qrupda qaldı. Bu bəs etmirmiş kimi,komanda heç 1 xal belə toplaya bilmədi. Xalsız hollandlar Danimarkaya məğlubiyyət zamanı, onlara verdikləri 3 xal sayəsində sonuncu pilləyə yuvarlandılar. Son oyunda isə, hər şey yaxşı gedirdi. 11-ci dəqiqədə van der Vart hesabı açmışdı. Ancaq bu oyunda mükəmməl bir performans sərgiləyən Ronaldo,2 qol vuraraq,hollandları məyus etdi.

Xorvatiya - İspaniya, İtaliya - İrlandiya matç təxminləri və canlı izlə

C qrupu. Xorvatiya - İspaniya matçı ilə başlayaq. Sürpriz gözlədiyim komandalardan biri olan xorvatiya yığmasının,bu gecə,taleyi öz əlindədir.  Matçda hər iki komandanın,azı 1 qol vuracağını düşünürəm. Lakin ÜST variantını seçməyi tövsiyyə etmirəm. Q-Q məncə daha ideal nəticədir.Heç-heçə hər iki komandaya sərf edir. Buna görə də, cüt şans bu yerdə köməyimizə çata bilər.

17 Haziran 2012 Pazar

Çexiya - Polşa 1:0 (Avro 2012) 16.06.2012 Video

Çexiya - Polşa 1:0. Meydan sahibi avropa çempionatının qrup mərhələsində qalan 3-cü komanda oldu. İlk hissədə daha aktiv nəzərə çarpsalar da, ikinci hissədə çexlərə,hər parametrdə uduzdular. Nəticədə məğlub olub,qrupdan çıxa bilmədilər.
72' İraçek (1:0)
Oyunda yaşanmış maraqlı epizodları və qolun vurulduğu anı,bir sözlə,matçın icmalını sizə təqdim edirik.

Yunanıstan - Rusiya 1:0 (Avro 2012) 16.06.2012 - Video

Yunanıstan - Rusiya 1:0. 16 iyun. Avropa çempionatının A qrupunda keçirilən matçda,bir çoxlarının gözləntilərinin əksinə olaraq,Yunanıstan qələbə qazanaraq,Rusiyanı qrupda saxladı.
45+2' Karaqunis (1:0)
Matçın birinci və ikinci hissəsinin,eyni zamanda bütün oyunun video icmalını ayrı ayrılıqda təqdim edirik.

Portuqaliya - Hollandiya, Danimarka - Almaniya (Avro 2012) - matç təxminləri və canlı izlə

17 İyun. Avro 2012-in ölüm qrupunda,mübarizə sona çatacaq.
Portuqaliya - Hollandiya
Danimarka - Almaniya
Dünənki sensassiyalı oyunlar,bu gün hamını ehtiyyatlı oynamağa məcbur edəcək. Hollandlara 2-0-lıq qələbə,və almanların qalibiyyəti lazımdır.
Portuqalları heç-heçə də qane edir. Ona görə ehtiyyatlı oyun ərgiləyəcəklərini düşünmək olar.

16 Haziran 2012 Cumartesi

Çexiya - Polşa , Rusiya - Yunanıstan matç təxminləri və canlı izlə

Avropa Çempionatı,Avro 2012. A qrupu üçüncü turunun iki matçı. Bu gün qrupdan adlayacaq iki komandanın adı məlum olacaq.
Çexiya - Polşa. Rusiya - Yunanıstan.
Bir müddət əvvəl yazdığım Qrupda kimlər qala bilər? yazısında A qrupu üçün proqnozum belə idi. Rusiya qrup lideri olaraq,Polşa isə,ikinci sırada növbəti mərhələyə vəsiqə qazanacaq.